Milli Azərbaycan Tarixi Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib

Milli Azərbaycan Tarixi Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib
# 23 sentyabr 2016 13:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının iclası keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, iclasda Rusiya Dövlət Ermitajında 26-29 sentyabr tarixlərində keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi ilə bağlı Ermitajın direktoru M.B.Piotrovskiyə və konfransın Təşkilat Komitəsinə müraciət qəbul olunub.

Müraciətdə saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma “Şərqi Ermənistan” adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilib. Sənəddə qeyd olunub ki, bu cür iddialar tarixi həqiqətə, ilk mənbələrə ziddir və növbəti erməni təxribatının bariz nümunəsidir.

Müraciətdə Elmi Şuranın üzvləri A.Akopyanın və P.Petrovun məruzəsinin konfransın proqramından çıxarılmasını tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR