Narkotik vasitə saxlamaqda təqsirləndirilən qadına bəraət verilib

Narkotik vasitə saxlamaqda təqsirləndirilən qadına bəraət verilib
# 21 may 2016 08:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yasamal rayon Məhkəməsində narkotik dövriyyəsində təqsirləndirilən Maya Yaqubovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə M. Yaqubova barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Həmin hökmdən narazı qalan dövlət ittihamçısı isə məhkəmə hökmünün ləğv edilməsi barədə apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsində protest icraata qəbul edilib. Protest əsasında məhkəmə prosesi mayın 27-də keçiriləcək.

Qeyd edək ki, M. Yaqubova Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə, saxlama) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR