Ukraynadan gələn ikinci qatar Bakıdan yola salınır

Ukraynadan gələn ikinci qatar Bakıdan yola salınır
# 12 fevral 2016 11:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulduqdan sonra bu ölkədən gələn II sınaq qatarı bu gün səhər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ərzaq məhsulları və metal məmulatlar yüklənmiş 32 vaqondan ibarət qatar fevralın 7-də bərə ilə İliçevck (Ukrayna) limanından çıxaraq Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya marşrutu ilə hərəkət edir.

Konteyner qatarının 31 vaqonu bu gün “Xəzər Dəniz Gəmiçili”yinin “Qarabağ” bərəsi ilə Türkmənbaşı limanına yola salınacaq. Daha bir vaqon isə Qazaxıstana ünvanlandığına görə, Aktau limanına gedəcək ilk bərə ilə göndəriləcək.

Qeyd edək ki, I sınaq qatarı yanvarın 15-də İliçevskdən çıxıb, yanvarın 22-də “Xəzər Dəniz Gəmiçiliyi”nin “Azərbaycan” bərəsi ilə yola salınıb və yanvarın 23-də Aktauya çatdırılıb. Daha sonra Qazaxıstan ərazisi ilə hərəkət edən qatar yanvarın 31-də Çində səfərini başa vurub. Ukrayna hökuməti yüklərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkətini daha da sürətləndirmək məqsədi ilə Mərkəzi Asiya ölkələri ilə müvafiq danışıqlar aparıb və II sınaq qatarının Çinə 10 günə çatdırılmasını qarşıya məqsəd qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR