Almaniya XİN rəhbəri Rusiyada səfərdədir

Almaniya XİN rəhbəri Rusiyada səfərdədir
# 14 avqust 2016 19:51 (UTC +04:00)

Bakı-APA. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiyanın Yekaterinburq şəhərinə gəlib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, avqustun 15-də F-V.Ştaynmayer rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.


Məlumata görə, Krımdakı son hadisələr və Suriya böhranı danışıqlarda əsas müzakirə mövzuları olacaq.

Bundan əlavə, F-V.Ştaynmayer Ural Federal universitetinin nəzdində fəaliyyət göstərən Rusiya-Almaniya yay məktəbinin açılışında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR