Qaradağ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Qaradağ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 07 dekabr 2015 06:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF noyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində işgüzar forum keçirib.

Sahibkarlardan ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, süni üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR