Kemeron: “Böyük Britaniya avrozonaya daxil olmadan Avropanın bir hissəsi kimi qala bilər”

Kemeron: “Böyük Britaniya avrozonaya daxil olmadan Avropanın bir hissəsi kimi qala bilər”
# 07 yanvar 2016 11:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Böyük Britaniya avrozona və Şengen zonasına daxil olmadan Avropanın bir hissəsi olaraq qala bilər”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron Bavariyada Xristian-Sosial İttifaqının rəhbərliyi ilə keçirdiyi görüş zamanı deyib.

“Biz avrozona daxilində olan və olmayan ölkələr üçün ədalətli qaydalar yaratmalıyıq. Britaniya avrozonaya daxil olmayacaq, eyni zamanda biz bilməliyik ki, avrozonadan kənarda qalmaq bizim üçün problem yaratmayacaq. Avropa İttifaqı yalnız siyasi blok kimi inkişaf etmək əvəzinə, baş verən dəyişikliklərə qarşı elastiklik nümayiş etdirməlidir”, - deyə o, söyləyib.

Baş nazir bildirib ki, miqrasiya problemi Avropada ciddi problem olaraq qalmaqdadır: “Böyük Britaniya vətəndaşların Aİ daxilində sərbəst hərəkətini dəstəkləyir. Bir çox britaniyalı digər Aİ ölkələrində çalışır, lakin biz əmin olmalıyıq ki, bizim sosial xidmət sahələrimiz də çox yüklənməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR