Nalbandyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə Dağlıq Qarabağ problemini müzakirə edib

Nalbandyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə Dağlıq Qarabağ problemini müzakirə edib
# 01 fevral 2016 14:20 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, görüş ATƏT-in İrəvan bürosunun rəhbəri Andrey Sorokinin təşəbbüsü ilə baş tutub.

Ermənistan XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüşdə ötən ilin dekabrında keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısının yekunları, Almaniyanın sədrliyi və ATƏT-in gündəliyində olan məsələlər müzakirə olunub.

E. Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəal rolunun vacibliyini qeyd edib.

Görüşdə həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin ötən ilin sonunda Berndə keçirilən görüşünün yekunları müzakirələr olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR