Suriyada 46 terrorçu zərərsizləşdirilib

Suriyada 46 terrorçu zərərsizləşdirilib
# 18 avqust 2016 17:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Suriyada xüsusi təyinatlılardan ibarət qrup son 5 gündə 46 terrorçunu zərərsizləşdirib.

APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" Hələbdəki mənbəyə istinadən yazıb.

Onların arasında 11 qruplaşma rəhbəri olub.

Bildirilir ki, zərərsizləşdirilən başçılardan biri “Cəbhət fəth aş-Şam” (Cəbhət ən-Nüsra) terror təşkilatında yeni üzvlərin cəlb olunmasına cavabdeh olan Əbu əl-Valid əl-Xanidir. Zərərsizləşdirilən terrorçu və səhra komandirləri “Cəbhət fəth aş-Şam”, “Axrar aş-Şam” və “Axrar al-Muxadjerin” qruplaşmalarının üzvləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR