ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

ABŞ dövlət katibi Ukraynaya səfər edəcək
# 07 iyul 2016 04:13 (UTC +04:00)

Bakı-APA. Bu gün ABŞ dövlət katibi Con Kerri Ukraynaya səfər edəcək.

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Dövlət katibi Ukrayna rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların gedişini və Donbasda münaqişənin nizamlanması üzrə Minsk razılaşmalarının icra edilməsi məsələsini müzakirə edəcək”, deyə C.Kirbi bildirib.

Səfər çərçivəsində C.Kerri Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysman ilə görüşəcək. Bundan sonra ABŞ dövlət katibi prezident Barak Obamanı müşayiət etmək üçün iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitinə yollanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR