GUAM-a sədrlik Azərbaycana keçib

GUAM-a sədrlik Azərbaycana keçib
# 01 yanvar 2016 04:01 (UTC +04:00)

Bakı - APA. Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat – GUAM-a sədrlik 2016-cı il yanvarın 1-dən Ukraynadan Azərbaycana keçib.

APA-nın xəbərinə görə, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Belqradda keçirilən toplantısında qərar qəbul edilib.

Təşkilatın baş katibi vəzifəsini isə qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı keçmiş səfiri Altay Əfəndiyev icra edəcək.

Qeyd edək ki, bundan əvvəl GUAM-ın baş katibi vəzifəsini gürcüstanlı diplomat Valeri Çeçelaşvili tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR