Rusiyadan Azərbaycana gizli şəkildə qızıl keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana gizli şəkildə qızıl keçirilməsinin qarşısı alınıb
# 08 avqust 2016 08:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan - 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR