Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 11 avqust 2016 15:19 (UTC +04:00)

Bakı-APA. Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə çimərkən 1 nəfərin batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 16:45-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR