Mingəçevirdə mağazadan pul və məhsullar oğurlanıb

Mingəçevirdə mağazadan pul və məhsullar oğurlanıb
# 25 yanvar 2016 12:29 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin 20 Yanvar küçəsindəki 14 saylı ünvanda yerləşən ticarət obyektində qeydə alınıb. Ərzaq mağazasının sahibi Həsən Əliyev Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs gecə saatlarında ona məxsus ticarət obyektinin çardağını kəsici alətlə sındıraraq içəri daxil olub və oradan qida məhsullarını, eləcə də 500 manat pulu oğurlayıb. Hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR