Mayın 27-də Tallində AŞPA Daimi Komitəsinin iclası keçiriləcək

Mayın 27-də Tallində AŞPA Daimi Komitəsinin iclası keçiriləcək
# 20 may 2016 07:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Estoniyanın Avropa Şurası Nazirlər Komitəsinə (AŞ NK) sədrliyi ilə bağlı mayın 27-də Tallində AŞPA Daimi Komitəsinin iclası keçiriləcək.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, AŞPA prezidenti Pedro Aqramunt və Estoniya parlamentinin spikeri iclasda açılış nitqi ilə çıxış edəcəklər.

Parlamentarilərin qarşıdan gələn 6 ay müddətində AŞ NK-nə sədrlik edəcək Estoniyanın xarici işlər naziri Marina Kaljurand ilə fikir mübadiləsi aparacağı gözlənilir.

Müzakirələrdə, əsasən, Estoniyanın sədrliyi dövründəki prioritetləri və assambleyanın Nazirlər Komitəsi ilə cari siyasi dialoqu nəzərdən keçiriləcək.

Bununla yanaşı, gündəliyə Qazaxıstan və Serbiyada parlament seçkilərinin müşahidəsi, dinc etirazlar zamanı insan haqları pozuntularının qarşısının alınması, mədəni əlaqələrin inkişafında şəhərlərarası əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, AŞ NK-nın Sofiyada keçirilmiş son iclasında Estoniya sədrliyi Bolqarıstandan təhvil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR