Bişkekdə MDB ölkələri XİN başçıları Şurasının iclası keçiriləcək

Bişkekdə MDB ölkələri XİN başçıları Şurasının iclası keçiriləcək
# 08 sentyabr 2016 11:31 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyi MDB ölkələri xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iclasda bir sıra regional və gündəmdə olan aktual məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR