"Petkim"in səhmləri bu il 62%-dən çox bahalaşıb

"Petkim"in səhmləri bu il 62%-dən çox bahalaşıb
# 02 sentyabr 2016 08:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Türkiyədəki ən iri aktivi olan "Petkim Petrokimya Holding A.Ş."-nin səhmləri 2016-cı ilin əvvəlindən kəskin bahalaşıb.

"APA-Economics" xəbər verir ki, il ərzində holdinqin səhmləri ümumilikdə 62,43% dəyər qazanıb.

Son 1 ayda şirkətin səhmləri 5,79% dəyər qazandığı halda, son 3 ayda 19,77%, son 6 ayda isə 40,40% bahalaşıb.

Bundan öncə "APA-Economics" xəbər verib ki, "Deutsche Bank" "Petkim Petrokimya Holding A. Ş."-nin səhmlərinin bahalaşacağını proqnozlaşdırıb. Bankın proqnozuna əsasən, holdinqin səhmlərinin nominal dəyəri 4,2 lirədən 4,6 lirəyədək bahalaşacaq.

Onu da qeyd edək ki, "Petkim" bazar dəyərinin həcminə görə, Türkiyənin 100 ən dəyərli şirkəti siyahısına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR