Azərbaycanın xarici işlər naziri Polşada səfərdədir

Azərbaycanın xarici işlər naziri Polşada səfərdədir
# 08 iyul 2016 07:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Polşada səfərdədir.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, nazir Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin tərkibində NATO-nun zirvə toplantısında iştirak etmək üçün Polşaya gedib.

Xatırladaq ki, NATO sammiti iyulun 8-9-da Varşavada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR