Bu il BTC ilə 200 mln. barelə yaxın xam neft ixrac olunub

Bu il BTC ilə 200 mln. barelə yaxın xam neft ixrac olunub
# 30 noyabr 2015 15:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "BP-Azerbaijan" şirkəti 2015-ci ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri üzrə əməliyyat xərclərini açıqlayıb.

Boru kəmərinin əməliyyat operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 106 mln. dollar, əsaslı xərclərə isə 32 mln. dollar xərclənib.

Üç rüb ərzində BTC vasitəsilə təqribən 26,3 mln. ton (198 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 275 tankerə yüklənib.

1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümumilikdə təxminən 2,3 mlrd. barel (307 mln. ton) xam neft nəql edilib və Ceyhanda 3026 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Chevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); ENİ (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ConocoPhllips” (2,50%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR