Pentaqon İŞİD silahlıların sayı ilə bağlı son məlumatı açıqlayıb

Pentaqon İŞİD silahlıların sayı ilə bağlı son məlumatı açıqlayıb
# 14 oktyabr 2015 00:22 (UTC +04:00)

Bakı-APA. Hazırda Suriya və İraqda 30 minədək İŞİD silahlısı fəallıq nümayiş etdirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.

“Bizim məlumatımıza əsasən, orada 20 mindən 30 minədək silahlı var”, deyə ABŞ qərargahının nümayəndəsi Stiv Uorren qeyd edib.

Uorren ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın əməliyyatlar dövründə 20 minədək silahlını məhv etməsi barədə mətbuatda yayılmış xəbərlərə şərh verməkdən boyun qaçırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR