Jalə Əliyeva seçicilərlə görüşüb - FOTOSESSİYA

Jalə Əliyeva seçicilərlə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 19 oktyabr 2015 12:31 (UTC +04:00)

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, J. Əliyeva bu dəfə rayonun İsaqbağı, Qaravəlli, Dəkkəoba və Böyük Dəkkə kəndlərinin seçiciləri ilə görüşüb.

Seçiciləri salamlayan Jalə Əliyeva bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, bölgədə və dünyada nüfuzu hər ötən gün yüksəlir. Ölkədə möhkəm sabitliyin, iqtisadi dayanıqlılığın olduğunu deyən deputatlığa namizəd Azərbaycanca xalqla iqtidar arasında böyük həmrəyliyin olduğunu vurğulayıb. J.Əliyeva diqqətə çatdırıb ki, bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü və çoxşaxəli fəaliyyəti nəticəsində mümkün olub.

Daha sonra 5 illik deputatlıq fəaliyyətindən söhbət açan J.Əliyeva deyib ki, o daim seçicilərinin problemlərini, Zərdabı narahat edən məsələləri diqqət mərkəzində saxlayıb və onların həlli üçün mümkün olan bütün addımları atıb: "Zərdab mənim üçün çox doğma yerdir. Mən hər bir zərdablının qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Seçki platformamda seçicilərimə nə vəd vermişdimsə, mərhələ-mərhələ onların həlli üçün çalışmışam. Bütün fəaliyyətim boyu daima seçicilərimdən dəstək görmüşəm. Buna görə, Sizə çox təşəkkür edirəm".

Daha sonra çıxış edən seçicilər Jalə Əliyevanın 5 illik deputatlıq fəaliyyətinin nümunəvi olduğunu və onun hər zaman seçicilərinin problem və təkliflərinə böyük diqqətlə yanaşdığını deyiblər. Seçicilər hələ 2006-cı ildə Zərdab rayonunun mərkəzində J.Əliyevanın təşəbbüsü Şəhidlər Parkının salındığını xatırladıblar. Çıxış edənlər bildiriblər ki, Jalə Əliyeva bütün sosial təbəqələrdən olan insanların, xüsusilə şəhid, müharibə veteranları, qadın və uşaqların problemlərinin həlli üçün mühüm addımlar atıb.

İsaqbağı, Qaravəlli, Dəkkəoba və Böyük Dəkkə kəndlərinin seçiciləri qarşıdan gələn 1 noyabr parlament seçkilərində də Jalə Əliyevaya səs verəcəklərini və onu növbəti dəfə millət vəkili kimi görmək istədiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR