“Giləzi Quşçuluq” MMC “Azərbaycan Dəmir Yolları” QSC-ni məhkəməyə verib

“Giləzi Quşçuluq” MMC “Azərbaycan Dəmir Yolları” QSC-ni məhkəməyə verib
# 02 oktyabr 2015 12:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Giləzi Quşçuluq” MMC “Azərbaycan Dəmir Yolları” QSC-ni məhkəməyə verib.

APA-nın məlumatına görə, şirkət hesabların etibarsız hesab edilməsi və tələb olunan borc məbləğinin qanunsuz hesab edilərək silinməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Bundan narazı qalan “Azərbaycan Dəmir Yolları” QSC apellyasiya şkayəti verib. Bakı Apellaysiya Məhkəməsində şikayət təmin olunmayıb. Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda Ali Məhkəmədə şikayətə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR