Türkiyə bankının Rusiya filialında axtarış aparılıb

Türkiyə bankının Rusiya filialında axtarış aparılıb
# 18 dekabr 2015 10:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyənin ən iri özəl banklarından olan "Garanti Bankası"nın Moskvadakı şöbəsində axtarış aparıblar.

APA-nın mətbuatına görə, Rusiyanın "Lifenews" telekanalı bəzi Türkiyə vətəndaşlarının bankdakı vəsaitlərini xaricə köçürdükləri barədə xəbər yayıb. Aparılan axtarışlar nəticəsində bank haqqında cinayət işi açılıb.

Qeyd edək ki, Rusiyada "Garanti"dən başqa "Ziraat Bank", "Yapı Kredi" və digər türk bankları da fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR