İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində Azərbaycan səfirinin məqaləsi çap edilib

İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində Azərbaycan səfirinin məqaləsi çap edilib
# 21 iyun 2016 16:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallının həmin ölkənin “Neue Zürcher Zeitung” qəzetində “Dağlıq Qarabağla bağlı şərhlər” adlı məqaləsi çap edilib. Məqalə Stefan Müllerin sözügedən qəzetdə çap edilmiş “Mübahisəli Dağlıq Qarabağ: Qafqazın düyünü” adlı qərəzli məqaləsinə cavab olaraq yazılıb.


XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir yazısında bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyunca yaşayış məntəqələri və mülki əhalini ağır artilleriya atəşinə məruz qoyduğunu, nəticədə mülki əhali arasında ölənlərin olduğunu, Azərbaycan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində cavab tədbirləri gördüyünü bildirib. Ə. Zeynallı qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni yerləşməsi hazırkı təhlükəli vəziyyətin əsas səbəbidir və regional sülh və sabitliyi təhlükə altına qoyur. O, status-kvonun yolverilməzliyi və kövrəkliyi faktını ATƏT-in Minsk Qrupunun da təsdiq etdiyini bildirib. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədən irəli gələn tələbləri, həmçinin digər beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaq ardına vurduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR