Avropa Azərbaycanın mülki aviasiyasına dəstək verəcək

Avropa Azərbaycanın mülki aviasiyasına dəstək verəcək
# 08 yanvar 2016 10:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Şimali Avropa və Mərkəzi Asiya ölkələrində beynəlxalq standartlara uyğun mülki aviasiyanın davamlı inkişafına dəstək üçün Avropa Komissiyasından texniki müqavilə əldə edib.

APA-Economics”in məlumatına görə, bu ölkələr arasında Azərbaycan, Gürcüstan və Ermənistan da var.

Cənubi Qafqaz ölkələri ilə yanaşı, dəyəri 5,4 mln. ABŞ dolları olan müqavilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldovaya şamil olunacaq.

Agentlik 4 illik razılaşmanın icrasına bu ilin fevralından başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR