Azərbaycan MN: Silahlı Qüvvələrimiz heç bir itki verməyib

Azərbaycan MN: Silahlı Qüvvələrimiz heç bir itki verməyib
# 15 yanvar 2016 10:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır: “Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR