“Dini radikalizmlə mübarizə: əsas hədəflər” adlı konfrans keçirilib

“Dini radikalizmlə mübarizə: əsas hədəflər” adlı konfrans keçirilib
# 07 dekabr 2015 15:04 (UTC +04:00)

APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası Səbayel rayon təşkilatının birgə keçirdiyi tədbirdə komitə sədri Mübariz Qurbanlı, partiya rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev, bir sıra deputatlar, dini icma rəhbərləri və ekspertlər iştirak ediblər.

Çıxış edən M. Qurbanlı bildirib ki, Azərbaycanda tarixən formalaşmış dövlət-din münasibətləri modeli var: “Biz imkan vermərik ki, kimlərsə bunu başqa modellərlə əvəz etməyə cəhd göstərsinlər”. O son vaxtlar qanunvericilikdə dini ekstremizmə qarşı mübarizə ilə bağlı dəyişiklikdən, yeni qaydalardan danışaraq Azərbaycanda radikalizmə qarşı ciddi mübarizənin aparıldığını bildirib. Digər çıxışçılar da ölkədə ekstremizmə qarşı mübarizədən və bütün dünyəvi dinlərə yaradılan yüksək şəraitdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR