Hilal Əsədov milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olunub

Hilal Əsədov milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olunub
# 14 noyabr 2015 12:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub.

Bu barədə APA mənbələrinə istinadən xəbər verir.

Qeyd edək ki, dünən də milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad edilib. Bir müddət öncə isə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

Bir müddət öncə general-leytenant Mədət Quliyev isə milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR