Şirvanda 5 yaşayış binasının dam örtüyü yenilənib

Şirvanda 5 yaşayış binasının dam örtüyü yenilənib
# 04 mart 2016 14:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Şirvan şəhərinin “Birlik” icması 1000 nəfərin həyat səviyyəsini yaxşılaşdıracaq dam örtüklərinin yenilənməsi layihəsini tamamlayıb.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, bu işlər Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində icra olunub və ABŞ-la Azərbaycan hökumətləri tərəfindən maliyyələşdirilib.

“Uzun illər Şirvanda beş binanın sakinləri 40 ildən öncə qurulmuş və o vaxtdan təmir olunmamış dam örtüklərinin qəzalı vəziyyətə düşməsindən əziyyət çəkiblər. Yağışlı havada damdan sızan su döşəmələrə, mebel və digər ev əşyalarına ziyan vururdu. Bu, sakinlərin, xüsusilə uşaqların və yaşlıların səhhətinə mənfi təsir göstərirdi. Problemi həll etmək üçün SEDA beş binanın dam örtüklərini yeniləməyə və bununla sakinləri təhlükəsiz şəraitlə təmin etməyə yardım göstərib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2011-ci ildən SEDA layihəsi Azərbaycanın 53 icmasında 85 mindən çox insana fayda verərək 60 icma layihəsinin maliyyələşdirilməsinə 1,2 milyon dollardan artıq vəsait xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR