Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb

Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb
# 03 oktyabr 2016 19:38 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin cənub-qərb hissəsində, bazarda terrorçu-kamikadze tərəfindən törədilən partlayışda 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

Digər terror aktı taksi dayanacağında qeydə alınıb. Burada baş verən partlayış 4 nəfərin həyatına son qoyub, 18 nəfər yaralanıb.

Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR