Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Fevral

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Fevral
# 23 fevral 2016 17:15 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Suriyada müharibə edən iki tərəf atəşkəs elan etdi. ABŞ və Rusiya münaqişənin nizamlanması niyyətlərini təsdiqlədilər. Bu, Suriyada elan olunan sayca ikinci atəşkəsdir və siyasi reallıqlar fevralın 27-dən qüvvəyə minəcək atəşkəsin taleyinin sələfindən fərqlənməyəcəyini göstərir. Birincisi, atəşkəs sazişinə maksimum ABŞ-ın dəstəklədiyi hərbi müxalifətlə Rusiyanın dəstəklədiyi hökumət qüvvələri riayət edəcək. Münaqişənin əsas tərəfi olan İŞİD və “Ən-Nüsra Cəbhəsi”nin belə bir öhdəliyi yoxdur. İkincisi, hətta Əsədə qarşı döyüşən Suriya müxalifəti ilə hökumət qoşunları formal olaraq imzalanan razılaşmanı qəbul etsələr də, onların atəşkəsə riayət edib-etmədiyinə nəzarət edəcək heç bir mexanizm yoxdur. Üçüncüsü, bu razılaşma atəşkəs sazişindən daha çox ABŞ və Rusiyanın Suriyadakı müttəfiqlərinin mövqelərini qarşılıqlı bombardman etməmək razılaşmasına oxşayır. Yəni ən uzağı ABŞ Əsədin mövqelərini, Rusiya isə Qərbin dəstəklədiyi müxaliflərin mövqelərini bombardman etməyə bilər. Bu və digər sadalamadığımız səbəblərə görə bu saziş Əsədin iki ay sonra ölkədə parlament seçkiləri keçirmək sərəncamı kimi formal xarakter daşıyır və heç bir ciddi perspektivi yoxdur. Əldə olunan razılaşmanın yalnız Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələri Suriyadakı maraqlarını dondurmaqdan başqa heç bir effekti yoxdur. Ən azı indiki mərhələdə...

Vüqar MƏSİMOĞLU
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR