Qəbələdə qanvermə aksiyası keçirilib

Qəbələdə qanvermə aksiyası keçirilib
# 07 aprel 2016 19:25 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ rayonunda təşkil olunan qanvermə aksiyasında 110 könüllü iştirak edib. APA-nın yerli bürosunun xəbərinə görə, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasında keçirilən humanitar tədbirdə könüllü olaraq rayon əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə vətəndaşları müayinə ediblər. Könüllü qan vermək üçün gün ərzində müraciət edənlərin 110 nəfərindən qan götürülüb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR