Azərbaycanda 1 tondan artıq xammal və 4 baş heyvan cəmdəyi zərərsizləşdirilib

Azərbaycanda 1 tondan artıq xammal və 4 baş heyvan cəmdəyi zərərsizləşdirilib
# 16 yanvar 2016 08:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) yanvarın 12-də Bakının Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən "Zirvə" kolbasa məmulatları sexində toyuq və ət məhsullarından götürülən nümunələrin nəticələrini açıqlayıb.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, müayinə zamanı 1 100 kq-dan artıq xammalın bakterioloji çirklənməyə məruz qalması, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisinin olması müəyyən edilib.

Həmçinin, yanvarın 15-də Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi "Daevo sentral" 10 PV 475 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan, Bakı şəhərinə satış üçün gətirilən, sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyindən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, eləcə də ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəkləri olması müəyyən edilib.

Aparılan müayinələrin nəticəsinə əsasən həm 1 100 kq-dan atrıq xammalın, həm də 4 baş iribuynuzlu heyvan cəmdəklərinin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR