Avqustda icbari sığorta üzrə 2,5 mln. manatlıq ödəniş həyata keçirilib

Avqustda icbari sığorta üzrə 2,5 mln. manatlıq ödəniş həyata keçirilib
# 01 sentyabr 2016 08:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 986 sığorta tələbi qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bu tələblər üzrə 2,5 mln. manata yaxın məbləğində sığorta ödənişi həyata keçirilib. 2015-cı ilin avqust ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 33 % artım müşahidə edilib.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

2016-cı ilin avqust ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 222 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR