Somalidə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 23-ə çatıb

Somalidə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 23-ə çatıb
# 21 avqust 2016 22:49 (UTC +04:00)

Bakı-APA. Somalinin Qalkayo şəhərində iki minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 23-ə çatıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.


Məlumata görə, hökumət binasının qarşısında bir-birininin ardınca yük və minik avtomobili partladılıb.


Terror aktına görə məsuliyyəti “Əş-Şabab” terror təşkilatı öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR