Məhkəmə nazirliyin vətəndaşa qarşı şikayətini təmin etməyib

Məhkəmə nazirliyin vətəndaşa qarşı şikayətini təmin etməyib
# 09 sentyabr 2016 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin Şakir İsayev adlı şəxsə qarşı apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Ş. İsayev ona güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Qərarla razılaşmayan dövlət qurumu isə apellyasiya şikayəti verərək qərarın ləğvini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR