“Royalbank”ın ləğvedicisi dəyişib

“Royalbank”ın ləğvedicisi dəyişib
# 30 sentyabr 2016 14:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Royalbank” ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-2410/2012 saylı 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Royalbank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

Ləğv prosesində olan “Royalbank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR