ABŞ Rusiya zorakılığı ilə mübarizəyə 4,3 milyard dollar ayıracaq

ABŞ Rusiya zorakılığı ilə mübarizəyə 4,3 milyard dollar ayıracaq
# 10 fevral 2016 12:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ağ evin rəsmi saytında yer alan büdcə layihəsində deyilir.

Bildirilir ki, həmin məbləğ NATO üzrə tərəfdaşların, habelə Avropa, Avrasiya və Mərkəzi Asiyada yerləşən tərəfdaş ölkələrin Rusiya zorakılığından asılılığını azaltmaq, dayanıqlığı gücləndirmək, eləcə də həmin ölkələrə siyasi, iqtisadi, diplomatik və hərbi dəstək vermək üçün sərf olunacaq. Məbləğin 3,4 milyard dolları isə Avropada təhlükəsizliyi təmin etmək üçün xərclənəcək.

Prioritet regionlar olaraq Ukrayna, Gürcüstan və Moldova seçilib. Vəsait demokratiyanın inkişafı, müdafiə imkanlarının gücləndirilməsi, enerji təhlükəsizliyinin artırılması və antikorrupsiya tədbirləri üçün sərf olunacaq.

Qeyd edək ki, 2016-ci ildə ABŞ bu ölkələrə 789 milyon dollar ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR