Bakı - APA. Dövlət Sərhəd Xidməti tərəfindən aprelin 5-də Qazax rayonunun Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana keçərkən Fransa vətəndaşı, 27.09.1979-cu il təvəllüdlü Malavialle Olivye Alain saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya bildirilib ki, Fransanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, qeyd olunan şəxs Fransa, Polşa, Serbiya, Slovakiya, Rumıniya kimi ölkələrdə törətdiyi qanunsuz hərəkətlər, zorakılıq halları, oğurluq, ictimai əmlaka ziyan vurma, ictimai asayişin pozulması, narkotik vasitələrin istifadəsi ilə əlaqədar cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb edilib.
Saxlanılan şəxs barəsində müvafiq tədbir görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana keçmək istəyən Fransa vətəndaşı saxlanıb
13 aprel 2016 08:08 (UTC +04:00)
Hadisə
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO
14:03
23 may 2024
Bakıda iki narkokuryerdə 18 kq marixuana aşkarlanıb
12:42
23 may 2024
Göyçayda kollecdə 88 min manatın mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb
12:31
23 may 2024
Tovuz sakini Kürdə batıb
12:05
23 may 2024