Sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana keçmək istəyən Fransa vətəndaşı saxlanıb

Sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana keçmək istəyən Fransa vətəndaşı saxlanıb
# 13 aprel 2016 08:08 (UTC +04:00)

Bakı - APA. Dövlət Sərhəd Xidməti tərəfindən aprelin 5-də Qazax rayonunun Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana keçərkən Fransa vətəndaşı, 27.09.1979-cu il təvəllüdlü Malavialle Olivye Alain saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya bildirilib ki, Fransanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, qeyd olunan şəxs Fransa, Polşa, Serbiya, Slovakiya, Rumıniya kimi ölkələrdə törətdiyi qanunsuz hərəkətlər, zorakılıq halları, oğurluq, ictimai əmlaka ziyan vurma, ictimai asayişin pozulması, narkotik vasitələrin istifadəsi ilə əlaqədar cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxs barəsində müvafiq tədbir görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR