Doroxin: "Rusiya və Azərbaycan neftin ucuzlaşması ilə əlaqədar siyasətlərində sərt dönüş edib"

Doroxin: "Rusiya və Azərbaycan neftin ucuzlaşması ilə əlaqədar siyasətlərində sərt dönüş edib"
# 27 may 2016 13:00 (UTC +04:00)

Bakı Məlahət Nəcəfova - APA. “Həm Rusiya, həm də Azərbaycan öz siyasətlərində sərt dönüş edib”.

APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin neft qiymətinin kəskin düşməsinin hər iki ölkəyə təsiri ilə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu qiymət düşməsinin müsbət və mənfi tərəfləri var: “Bu şok terapiyasıdır. Bunun sayəsində biz nəhayət anlamalıyıq ki, gah gələn, gah da gəlməyən pullar deyil, özümüz qazandığımız pullar hesabına yaşamalıyıq. Həm Rusiya, həm də Azərbaycan öz siyasətlərində sərt dönüş edib. Ciddi şaxələndirmə layihələri hazırlanıb. Rusiyada deyildiyi ki, düşünürəm ki, bizdə alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR