Reuters: OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər

Reuters: OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər
# 28 sentyabr 2016 20:53 (UTC +04:00)

Bakı-APA. OPEC ölkələri nümayəndələri neft hasilatının həcminin dondurulmasına dair konsensusa nail olublar.

APA-nın xəbərinə görə, bunu “Reuters”-ə diplomatik mənbə bildirib.

Mənbənin bildirdiyinə əsasən, orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub.

Bildirilir ki, bununla bağlı kartel digər neft ixracatçı ölkələrini sazişə qoşulmağa çağıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR