Masallıda IDEA İB və WWF-nin layihəsi çərçivəsində növbəti yay düşərgəsi başlayıb

Masallıda IDEA İB və WWF-nin layihəsi çərçivəsində növbəti yay düşərgəsi başlayıb
# 27 iyul 2016 19:42 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsi başlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə respublikanın Masallı, Lənkəran və Astara rayonlarından 70-dən çox məktəblinin qatıldığı düşərgə Masallı rayonunun Qəriblər kəndi ərazisində təşkil edilib.

Düşərgədən məqsəd məktəb yaşlarından gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsindən ibarətdir.

“Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsində məktəblilər bu nadir növün qorunması, insan və ətraf mühit kimi mövzularda seminarlar, bəbirlərin yaşadığı təbii ərazilərə ekskursiyalar, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər.

Qeyd edək ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixində Lənkəran, Astara və Lerik rayonlarından olan 30-dan çox məktəblinin iştirakı ilə Masallı rayonunda təşkil olunub. Üç gün davam edəcək düşərgənin sonunda iştirakçılara sertifikatlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR