Rabitə və yüksək texnologiyalar naziri Lənkəranda vətəndaşları qəbul edib

Rabitə və yüksək texnologiyalar naziri Lənkəranda vətəndaşları qəbul edib
# 03 fevral 2016 10:37 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Fevralın 3-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı 50 nəfərə yaxın vətəndaşın şikayət və müraciətləri dinlənilib.

Qəbulda vətəndaşlar nazirə əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Müraciətlərdə qaldırılan problemlərin əksəriyyəti yerindəcə həllini tapıb.

R. Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR