Bakıda iki maşın toqquşub, ölən var

Bakıda iki maşın toqquşub, ölən var
# 03 sentyabr 2016 10:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 3-də saat 03 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Abşeron rayon sakinləri Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədzadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR