Azərbaycana pul köçürmələri 23%-ə yaxın azalıb

Azərbaycana pul köçürmələri 23%-ə yaxın azalıb
# 12 avqust 2016 15:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin 6 ayında başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ixracla yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı “Pul siyasəti” icmalında bildirilib.

İcmalda qeyd olunub ki, ilkin rəqəmlərə əsasən 2016-cı ilin 6 ayında ölkəyə daxil olan pul baratları 423 mln. ABŞ dolları təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 123 mln. dollar və ya 22,53% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR