Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı oğurlanıb

Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı oğurlanıb
# 22 iyun 2016 08:31 (UTC +04:00)

Bakı - APA. Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı ("Sakal-ı Şerif") naməlum şəxslər tərəfindən oğurlanıb.

APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, peyğəmbərin saqqalı Ramazan ayı münasibətilə sərgilənmək üçün Kocaeli vilayətindəki Dəyirməndərə Yalı Camisinə aparılıb. Gecə saatlarında camidə çalışanlar saqqalın mühafizə olunduğu qutunun yoxa çıxdığını görüblər. Polis dərhal təhqiqata başlayıb.

Qeyd edək ki, "Sakal-ı Şerif" İstanbuldakı Topqapı sarayında saxlanılır və dini bayramlarda sərgilənmək üçün Türkiyənin müxtəlif vilayətlərinə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR