Güclü külək Zaqatalada fəsadlar törədib

Güclü külək Zaqatalada fəsadlar törədib
# 30 may 2016 10:19 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada əsən güclü külək bir sıra yaşayış məntəqələrində fəsadlar törədib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 29-u axşam saatlarından başlayaraq mayın 30-na keçən gecəyə qədər ölkənin şimal-qərb bölgəsini əhatə edən rayonlarda qeyri-sabit hava şəraiti hökm sürüb.

Güclü külək nəticəsində Zaqatala rayonun mərkəzində, Əlabad qəsəbəsi, Muğanlı, Qımır, Çobankol, Gözbarax, Mamrıx, Zəyəm və Danaçı kəndlərinin inzibati ərazilərində bir çox ağaclar, elektrik və rabitə dirəkləri aşıb, naqillər qırılıb.

Mayın 29-u axşam saatlarından başlayaraq rayonun bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Zaqatala rayon İcra Hakimiyyəti aparatından APA-ya bildirilib ki, güclü külək nəticəsində baş verən fəsadları aradan qaldırmaq üçün müvafiq qurumlar tərəfindən gecə saatlarından başlayaraq iş aparılır. Artıq rayon mərkəzinə və bir-çox yaşayış məntəqələrini elektrik enerjisinin verilməsi bərpa edilib, fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR