Türkiyə vətəndaşları Bakıda qəzaya uğrayıblar, yaralanan var

Türkiyə vətəndaşları Bakıda qəzaya uğrayıblar, yaralanan var
# 28 mart 2016 23:45 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Səbail rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza “Azneft” dairəsində qeydə alınıb.

Dairədən Niyazi küçəsi istiqamətində hərəkət edən “Honda” markalı avtomobil Neftçilər prospekti ilə hərəkətdə olan VAZ-2104 markalı avtomobilə çırpılıb. Qəza nəticəsində VAZ-2104-ün sürücüsü Nazim Zülfüqarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerində yol polisi əməkdaşları olublar, müayinələr aparılıb. İlkin ehtimala görə, “Honda” markalı avtomobilin sürücüsü dairəvi hərəkət qaydalarını pozub və nəticədə qəzaya səbəb olub. Qaydanı pozan sürücü sərxoşluğun müəyyən edilməsi məqsədilə tibbi müayinəyə aparılıb. Faktla bağlı araşdırmalar davam etidirilir.

Qeyd edək ki, “Honda” Bakıda fəaliyyət göstərən Türkiyə şirkətlərindən birinə məxsusdur. Avtomobilin sürücüsü və sərnişinləri Türkiyə vətəndaşları olublar. Xarici ölkə vətəndaşları arasında xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR