Qoşunların təmas xəttində tapılan meyitin Azərbaycan hərbçisi olduğu təsdiqlənib - YENİLƏNİB

Qoşunların təmas xəttində tapılan meyitin Azərbaycan hərbçisi olduğu təsdiqlənib - <span style="color: red;">YENİLƏNİB
# 16 aprel 2016 09:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Aprelin 16-na keçən gecə qoşunların təmas xəttində tapılan meyitin Azərbaycan hərbçisi olduğu təsdiqlənib.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb: “Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır”.

***

Saat 11.26

Bakı. Hafiz Heydərov – APA. Ermənistan silahlı bölmələri tərəfindən təmas xəttində bir hərbçinin meyitinin tapılması ilə bağlı dəqiqləşdirmə aparılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya açıqlamasında bildirib ki, hazırda məlumatın dəqiqləşdirilməsi və meyiti aşkar edilən şəxsin həqiqətən də Azərbaycan Ordusunun hərbi qulluqçusu olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla danışıqlar gedir.

Qeyd edək ki, Ermənistan mətbuatı aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR