“Axınla aşağı” bədii filmi "GOLDEN ANTEATERS" Beynəlxalq Film Festivalında nümayiş olunacaq

“Axınla aşağı” bədii filmi "GOLDEN ANTEATERS" Beynəlxalq Film Festivalında nümayiş olunacaq
# 19 oktyabr 2015 13:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi noyabrın 20-dən 28-dək Polşada keçiriləcək "GOLDEN ANTEATERS" Beynəlxalq Film Festivalına dəvət alıb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, ekran əsəri festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq.

“Axınla aşağı” bədii filmi ilə yanaşı müsabiqə proqramında 5 ölkədən olan 8 tammetrajlı bədii film yer alıb.

Qeyd edək ki, ekran əsəri 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR